Ekspert: "ABŞ-Çin gərginliyi dünya iqtisadiyyatını çökdürə bilər"

Ekspert: "ABŞ-Çin gərginliyi dünya iqtisadiyyatını çökdürə bilər"
13.10.2025 17:26 Təhlil

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, önümüzdəki həftələr Çinin ABŞ ilə ticarət müharibəsi başlatmaq istəyib-istəmədiyini göstərəcək. 

“Ümid edirəm ki, onlar ağlın yolunu seçərlər”, – deyə Vens əlavə edib.

O, vəziyyəti “həssas” adlandıraraq, çox şeyin Çinin reaksiyasından asılı olduğunu qeyd edib: 

 “Onlar son dərəcə aqressiv şəkildə cavab versə, sizə zəmanət verirəm ki, ABŞ Prezidenti Çindən daha çox karta sahibdir. Əgər onlar ağıllı olmağa hazırdırlarsa, Tramp da həmişə ağıllı danışıqlar aparmağa hazırdır”.

ABŞ son günlərdə Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 100% artıracağını və nəzarəti sərtləşdirəcəyini açıqlayıb. Çin yeni rüsumlara qarşı sərt addımlar atarsa, bu, qlobal ticarət balansını dəyişdirə və ABŞ-Çin arasında mümkün ticarət müharibəsi siyasi rəqabəti iqtisadi böhrana çevirə bilər.

Məsələni TodayPress TV-yə şərh edən politoloq Abutalıb Səmədov bildirib ki, prosesdə Çin daha çox uduzacaq:

"Çin ABŞ-nin əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 688 milyard dollar təşkil edib. Burada Çin daha çox ixrac edən tərəfdir: ABŞ-nin ixracı 163 milyard, Çin isə 525 milyard dollar olub. Bu səbəbdən də gömrük rüsumlarının artırılması Çinə daha çox təsir göstərəcək".

Ekspert qeyd edib ki, qarşılıqlı məhdudlaşdırmalar iki dövlət arasında vəziyyəti daha da gərginləşdirir:

"Çin son vaxtlar ABŞ-yə nadir yer elementlərinin ixracını məhdudlaşdırmışdı. Buna cavab olaraq isə ABŞ 100% gömrük rüsumu tətbiq edib və bu noyabrın 1-dən qüvvəyə minəcək. Həmin vaxta qədər Çinlə ABŞ arasında mümkün görüş münasibətlərin yumşaldılmasına imkan yarada bilər".

Onun sözlərinə görə, ABŞ liderinin əsas narahatlığı Çinin Rusiyadan ən çox neft və qaz alan ölkə olmasıdır:

"Tramp rüsumları 50 faizə qaldırmaqla hədələsə də, Çin Rusiyadan sutkada 2 milyon barel neft almağa davam edir və qazla bağlı mühüm müqavilələri mövcuddur".

Analitik əlavə edib ki, qarşılıqlı sanksiyalar davam edərsə, bu, dünya ticarətinə ciddi təsir göstərəcək. ABŞ və Çin birlikdə dünya üzrə ümumdaxili məhsulun az qala yarısını istehsal edir və iki ölkə arasındakı gərginlik qlobal iqtisadiyyata ciddi təsir edə bilər.

“Əgər gərginlik davam edərsə, yalnız ABŞ və Çin deyil, dünyanın ən ucqarında yerləşən kiçik dövlətlər də zərər çəkə bilər. Ümid edək ki, tərəflər görüşdən imtina etməyəcək və məsuliyyətli addımlar atacaq”, – deyə Səmədov fikrini sonlandırıb.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Ekspert: "ABŞ-Çin gərginliyi dünya iqtisadiyyatını çökdürə bilər" — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Bütün Xəbərlər