Cənubi Qafqazda təhlükə: “Orada qəza baş versə...” – XƏBƏRDARLIQ EDİLDİ

Cənubi Qafqazda təhlükə: “Orada qəza baş versə...” – XƏBƏRDARLIQ EDİLDİ
30.06.2025 17:56 Təhlil

“Fransanın nüvə tullantılarını Cənubi Qafqaza daşıması açıq düşmənçilikdir”.

Politoloq Tofiq Abbasov bunu Fransanın Ermənistan vasitəsilə Azərbaycanla sərhədə yaxın ərazilərə nüvə tullantıları daşıması barədə TodayPress TV-yə danışarkən bildirib. 

O, bu addımı təhlükəli və hüquqi baxımdan tamamilə yolverilməz adlandırıb.

“Bir ərazidə nüvə tullantılarının basdırılması planlaşdırılırsa, ilk növbədə həmin ərazidə yaşayan əhali məlumatlandırılmalı və bu prosesə razılıq verməlidir. Çünki hər hansı zərərli tullantının haradasa saxlanması və ya basdırılması üçün əhalinin məlumatı və razılığı vacibdir. Bununla yanaşı, maarifləndirmə və hazırlıq işləri aparılmalıdır ki, cəmiyyətin etirazı olmasın”.

Analitik xatırladıb ki, Azərbaycan COP29 çərçivəsində 10 ada dövlətinin zirvə görüşünü təşkil etməklə qlobal ədalət çağırışını irəli sürüb. Hansı ki, bu dövlətlər uzun illərdir Fransa neokolonializminin müxtəlif formalarından əziyyət çəkir və Azərbaycanın təşəbbüsü onların səsini dünyaya çatdırmağa imkan verib. 

O, xüsusilə Metsamor Atom Elektrik Stansiyasının (AES) yaratdığı təhlükəyə də toxunaraq bildirib ki, bu stansiya region üçün potensial faciə mənbəyidir:

“Metsamor stansiyası sıradan çıxmış, köhnə texnologiyalı qurğudur. Əgər orada qəza baş versə, bütün Cənubi Qafqaz bundan zərər çəkəcək. Biz uzun illərdir bu təhlükəyə diqqət çəkirik. İndi isə məsələyə Fransa da daxil olub. Ümumiyyətlə rəsmi Paris bu cür addımları ilə yalnız regionda sabitliyi pozmaq və Azərbaycanla qarşıdurmanı dərinləşdirmək niyyətindədir. Ermənistan isə buna icazə verməklə göstərir ki, Azərbaycanla barışmaq niyyətində deyil. Bu, açıq-aşkar düşmənçilikdir. Nüvə tullantılarının sərhədimizə gətirilməsi nə dialoqa, nə də barışığa xidmət edir”.

Politoloq Azərbaycan ictimaiyyətini və beynəlxalq təşkilatları bu məsələdə aktiv olmağa çağırıb:

“Biz bütün diplomatik nümayəndəlikləri bu məsələdən xəbərdar etməliyik. Eləcə də nüfuzlu ekoloji təşkilatları Azərbaycana dəvət edib, yerindəcə vəziyyətlə tanış etməliyik. BMT, UNESCO və digər beynəlxalq təsisatlara da bu barədə məlumat verilməlidir. Fransa beynəlxalq hüququ pozur və bu, cəzasız qalmamalıdır”.

Tofiq Abbasov sonda bildirib ki, tullantıların yerləşdirilməsi torpağın çirklənməsi, eroziya və radiasiya təhlükəsinin artması deməkdir və bu, bölgə əhalisinin sağlamlığı üçün ciddi təhdiddir:

“Əgər bu proses doğrudursa, biz susmalı deyilik. Dünyanı ayağa qaldırmalı, Fransa hökumətinin əsl niyyətlərini ifşa etməliyik”, - deyə o nitqini sonlandırıb.

Qeyd edək ki, “Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb. Fransa mediasının məlumatlarına görə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib. Göyçə gölünün şimalında olan bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə yerləşir, su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır.

Töhfə Səməd

FOTOLAR

Cənubi Qafqazda təhlükə: “Orada qəza baş versə...” – XƏBƏRDARLIQ EDİLDİ — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Bütün Xəbərlər