Cənubi Qafqazda təhlükə: “Orada qəza baş versə...” – XƏBƏRDARLIQ EDİLDİ

Cənubi Qafqazda təhlükə: “Orada qəza baş versə...” – XƏBƏRDARLIQ EDİLDİ
30.06.2025 17:56 Təhlil

“Fransanın nüvə tullantılarını Cənubi Qafqaza daşıması açıq düşmənçilikdir”.

Politoloq Tofiq Abbasov bunu Fransanın Ermənistan vasitəsilə Azərbaycanla sərhədə yaxın ərazilərə nüvə tullantıları daşıması barədə TodayPress TV-yə danışarkən bildirib. 

O, bu addımı təhlükəli və hüquqi baxımdan tamamilə yolverilməz adlandırıb.

“Bir ərazidə nüvə tullantılarının basdırılması planlaşdırılırsa, ilk növbədə həmin ərazidə yaşayan əhali məlumatlandırılmalı və bu prosesə razılıq verməlidir. Çünki hər hansı zərərli tullantının haradasa saxlanması və ya basdırılması üçün əhalinin məlumatı və razılığı vacibdir. Bununla yanaşı, maarifləndirmə və hazırlıq işləri aparılmalıdır ki, cəmiyyətin etirazı olmasın”.

Analitik xatırladıb ki, Azərbaycan COP29 çərçivəsində 10 ada dövlətinin zirvə görüşünü təşkil etməklə qlobal ədalət çağırışını irəli sürüb. Hansı ki, bu dövlətlər uzun illərdir Fransa neokolonializminin müxtəlif formalarından əziyyət çəkir və Azərbaycanın təşəbbüsü onların səsini dünyaya çatdırmağa imkan verib. 

O, xüsusilə Metsamor Atom Elektrik Stansiyasının (AES) yaratdığı təhlükəyə də toxunaraq bildirib ki, bu stansiya region üçün potensial faciə mənbəyidir:

“Metsamor stansiyası sıradan çıxmış, köhnə texnologiyalı qurğudur. Əgər orada qəza baş versə, bütün Cənubi Qafqaz bundan zərər çəkəcək. Biz uzun illərdir bu təhlükəyə diqqət çəkirik. İndi isə məsələyə Fransa da daxil olub. Ümumiyyətlə rəsmi Paris bu cür addımları ilə yalnız regionda sabitliyi pozmaq və Azərbaycanla qarşıdurmanı dərinləşdirmək niyyətindədir. Ermənistan isə buna icazə verməklə göstərir ki, Azərbaycanla barışmaq niyyətində deyil. Bu, açıq-aşkar düşmənçilikdir. Nüvə tullantılarının sərhədimizə gətirilməsi nə dialoqa, nə də barışığa xidmət edir”.

Politoloq Azərbaycan ictimaiyyətini və beynəlxalq təşkilatları bu məsələdə aktiv olmağa çağırıb:

“Biz bütün diplomatik nümayəndəlikləri bu məsələdən xəbərdar etməliyik. Eləcə də nüfuzlu ekoloji təşkilatları Azərbaycana dəvət edib, yerindəcə vəziyyətlə tanış etməliyik. BMT, UNESCO və digər beynəlxalq təsisatlara da bu barədə məlumat verilməlidir. Fransa beynəlxalq hüququ pozur və bu, cəzasız qalmamalıdır”.

Tofiq Abbasov sonda bildirib ki, tullantıların yerləşdirilməsi torpağın çirklənməsi, eroziya və radiasiya təhlükəsinin artması deməkdir və bu, bölgə əhalisinin sağlamlığı üçün ciddi təhdiddir:

“Əgər bu proses doğrudursa, biz susmalı deyilik. Dünyanı ayağa qaldırmalı, Fransa hökumətinin əsl niyyətlərini ifşa etməliyik”, - deyə o nitqini sonlandırıb.

Qeyd edək ki, “Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb. Fransa mediasının məlumatlarına görə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib. Göyçə gölünün şimalında olan bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə yerləşir, su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır.

Töhfə Səməd

FOTOLAR

Cənubi Qafqazda təhlükə: “Orada qəza baş versə...” – XƏBƏRDARLIQ EDİLDİ — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər