Havanın çirklənməsi insan bədənini gizlicə dəyişirmiş - Maraqlı tədqiqat

Havanın çirklənməsi insan bədənini gizlicə dəyişirmiş - Maraqlı tədqiqat
12.05.2026 05:00 Sosial

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik səviyyəsi dəyişməz qalsa belə, piyin toplanmasına və əzələ kütləsinin itirilməsinə səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun tədqiqatçılarının nəticələri "Diabetes Care" jurnalında dərc olunub.

Alimlər İspaniyada yaşayan, artıq çəki və metabolik sindromdan - yüksək qan şəkəri, hipertoniya və xolesterin mübadiləsinin pozulmasının birləşməsindən əziyyət çəkən 55-75 yaş arası 1454 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar çirklənmə səviyyəsinin yüksək olduğu Barselona da daxil olmaqla, beş fərqli şəhərdə yaşayırdılar.

Tədqiqatçılar havanı çirkləndirən üç əsas amilin - PM2.5 incə dispersiyalı hissəciklərin, azot dioksidinin və əsasən dizel mühərriklərinin fəaliyyəti nəticəsində yaranan hisin təsirini qiymətləndiriblər.

Əksər oxşar tədqiqatlardan fərqli olaraq, yeni araşdırmada alimlər yalnız çəki ölçməklə kifayətlənməyiblər. İştirakçılara üç dəfə - araşdırmanın əvvəlində, bir il sonra və üç il sonra - DXA densitometriyası tətbiq olunub. Bu üsul piy və əzələ toxumasının miqdarını ayrı-ayrılıqda qiymətləndirməyə, həmçinin piyin bədəndə hansı nahiyələrdə toplandığını dəqiq müəyyən etməyə imkan verir.

Məlum olub ki, daha çirkli havası olan ərazilərdə yaşayan insanlarda zaman keçdikcə bədəndəki piy faizi artır, əzələ kütləsi isə azalır. Xüsusilə, hislə bağlı güclü əlaqə müşahidə olunub. Belə ki, üç il ərzində ən çirkli bölgələrin sakinləri təxminən bir kiloqram əzələ toxuması itiriblər.

Bundan əlavə, tədqiqat ilk dəfə olaraq havanın çirklənməsi ilə daxili orqanları əhatə edən qarın boşluğundakı dərin piyin - visseral piyin toplanması arasında əlaqəni ortaya qoyub. Bu növ piy xüsusilə təhlükəli hesab olunur. Çünki o, xroniki iltihab, diabet və ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir.

Tədqiqatçıların sözlərinə görə, xırda çirkləndirici hissəciklər qan dövranına daxil olaraq sistemli iltihab yarada bilər. Bu isə maddələr mübadiləsinə və bədəndə piyin paylanmasına təsir göstərir.

Bununla belə, müəlliflər vurğulayırlar ki, bu araşdırma yalnız əlaqəni aşkar edib və hələlik birbaşa səbəb-nəticə münasibətini tam sübut etmir.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Bütün Xəbərlər