Hansı valideynlərə güzəştlər olunacaq? – AÇIQLANDI

Hansı valideynlərə güzəştlər olunacaq? – AÇIQLANDI
13.06.2025 16:27 Sosial

Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin iclasında təklif edib ki, 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik və qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələrinin qanunla tənzimlənərək tətbiq olunması mexanizmləri hazırlanmalıdır. 

Bəs sözügedən mexanizm tətbiq olunarsa, onun hansı üstünlükləri olacaq?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Elçin Rəşidov bildirib ki, uşaqlı ailələr üçün çevik iş rejiminin tətbiqi dövlətin sosial siyasətinin güclənməsinə, ailə institutunun möhkəmlənməsinə və ölkənin uzunmüddətli iqtisadi inkişafına müsbət təsir göstərə bilər.

Ekspertin sözlərinə görə, istər ananın, istərsə də atanın uşağa daha çox vaxt ayırması ailə institutunu gücləndirməklə yanaşı, uşaqların baxımı və tərbiyəsi baxımından da cəmiyyətə töhfə verəcək:

"Bu tip mexanizmlər demoqrafik baxımdan da əhəmiyyətlidir. İnsanlar ailə və uşaq planlaması apararkən sosial dəstək mexanizmlərini nəzərə alırlar. Bu gün atılan addımlar gələcək 30-50 ilin iqtisadi əsasını formalaşdıra bilər".

İqtisadçının fikrincə, çevik iş qrafiki ilə bağlı qanunvericilik bazasının formalaşdırılması vacibdir. Bunun üçün ilkin mərhələdə məsələ parlamentdə müzakirəyə çıxarılmalı, Əmək Məcəlləsinə müvafiq düzəlişlər edilməlidir.

Onun sözlərinə görə, xüsusilə 0-3 yaşlı uşaqları olan valideynlər üçün çevik və ya qısaldılmış iş rejimi qanunla tənzimlənməlidir. Bu addımı atan şirkətlərə də müəyyən vergi və sosial ödəniş güzəştləri verilməlidir. Məsələn, həmin işçinin vergisi və DSMF ödənişi dövlət tərəfindən qarşılanarsa, bu təşəbbüsləri daha da stimullaşdırar.

Elçin Rəşidov həmçinin əlavə edib ki, çevik iş modeli bəzi bizneslər üçün müəyyən çətinliklər yarada bilər. Çünki bu zaman işəgötürənlər əmək resurslarından tam şəkildə istifadə edə bilməyəcək. Onun fikrincə, gender bərabərliyini qorumaq üçün güzəştlər yalnız qadınlara deyil, həm də atalara şamil olunmalıdır: 

"Əgər güzəştlər yalnız qadınlara tətbiq olunarsa, bu, gender balansını poza bilər. İşəgötürənlər qadınları işə götürməkdən çəkinə bilərlər. Bu isə yeni bir diskriminasiya formasına səbəb olar. Texnoloji infrastruktur da əsas amildir. Bakıda məsafədən və onlayn iş imkanları geniş yayılmış olsa da, regionlarda bu sahədə ciddi çatışmazlıqlar var. Əgər çevik iş rejimi onlayn formatda tətbiq olunacaqsa, internet infrastrukturunun və texnoloji vasitələrin əlçatanlığı da artırılmalıdır".

Ekspert vurğulayıb ki, beynəlxalq təcrübədə sosial dövlət modelini tətbiq edən ölkələrdə bu sahədə uğurlu nümunələr mövcuddur. Məsələn, İsveçdə valideynlərə iş yerindən icazə, güzəştli və ya tam ödənişsiz bağça sistemi tətbiq olunur. Türkiyədə isə çevik iş rejimi və məsafədən işləmə imkanları mövcuddur, lakin uşaq baxımı proqramları məhduddur və bütün ailələri əhatə etmir. Amma ABŞ kimi lider ölkə heç bir dəstək vermir. 

Qeyd edək ki, təklifdə əsaslı baxım, dayə və ailə yardım proqramları, eləcə də uşağın psixoloji vəziyyətinin nəzərə alınması da yer alır.

Türkan İsgəndərli

FOTOLAR

Hansı valideynlərə güzəştlər olunacaq? – AÇIQLANDI — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
"Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Bütün Xəbərlər