Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başladı

Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başladı
18.08.2025 12:16 Sağlamlıq

TƏBİB tərəfindən uşaqlar arasında vərəm xəstəliyinə nəzarətin gücləndirilməsi və sahə üzrə xidmət keyfiyyətinin artırılması istiqamətində bir sıra tədbirlərin icrasına başlanılıb.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Son dövrlərdə ölkə üzrə uşaqlar arasında vərəmə yoluxma hallarının stabil qalmasına baxmayaraq, bu məsələ qlobal səhiyyə problem hesab edildiyindən TƏBİB xəstəliyə nəzarətin daim diqqət mərkəzində saxlanılması məqsədilə müasir tələblərə uyğun yeni tibbi müəssisəsinin yaradılması və ya yenidən təşkilinə xüsusi önəm verir.

Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başlayıb. Xəstəxana əvvəllər digər təyinatlar üzrə istifadə edilən binalardan birində restrukturzasiya işlərinin aparılması, infrastrukturun tamamilə yenilənməsi və sahəyə uyğunlaşdırılması yolu ilə yenidən təşkil olunub.

Uşaq əhalisinə müasir standartlara cavab verən səhiyyə və təhsil xidmətlərinin göstərilməsi məqsədilə yenidən formalaşdırılan Uşaq Vərəm Xəstəxanasında xidmətin təşkili üçün bütün zəruri imkanlar var.  Tibb müəssisəsində vərəmə yoluxmuş və ya bu xəstəliyə şübhəli bilinən uşaqların müayinəsi, diaqnostikası, fərdi müalicə planları əsasında stasionar şəraitdə müalicəsi və təhsilini davam etdirməklə cəmiyyətə reinteqrasiyası təmin edilir.

Ümumi sahəsi 2800 kvadratmetr olan xəstəxana kompleksi 3 mərtəbəli inzibati binanı və 45 çarpayılıq stasionar bölməni əhatə edir. Burada müasir tibbi avadanlıqlarla təchiz olunmuş reanimasiya və intensiv terapiya şöbəsi, ambulator xidmət otaqları, laborator və instrumental diaqnostika bölmələri və müxtəlif köməkçi sahələr fəaliyyət göstərir.

Uşaqların təhsildən geri qalmamaları üçün sanitariya və təhsil normalarına uyğun tədris imkanları olan xüsusi sinif otaqları yaradılıb. Təhsil xəstəxananın təhkim olunduğu tam orta məktəbin müəllimləri tərəfindən tədris olunur və bu, müalicə prosesində olan uşaqların təhsilinin davamlılığını təmin edir.

İnzibati binada işin səmərəli təşkili üçün yüksək sürətli internet və müasir kompüter avadanlıqları ilə təchiz olunmuş elektron idarəetmə sistemi qurulub. Bu sistem vətəndaşların tibbi xidmətlərə daha operativ və rahat çıxışını mümkün edir.

Xəstəxanada həmçinin bufet-yeməkxana, təsərrüfat və texniki dəstək bölmələri, qazanxana, camaşırxana, anbar sahələri və digər yardımçı infrastrukturlar fəaliyyət göstərir.

Yaradılmış yeni infrastruktur uşaqlarda vərəm xəstəliyinin erkən aşkarlanması və effektiv müalicəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır və ölkədə uşaq vərəmi ilə mübarizədə mühüm mərhələ hesab olunur.

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər