Dırnaq problemləri xəstəliklərdən xəbər verir

Dırnaq problemləri xəstəliklərdən xəbər verir
27.05.2025 11:41 Sağlamlıq

Dırnaqlarda baş verən dəyişikliklər tez-tez bədənin ümumi sağlamlığından xəbər verir. 

TodayPress TV xəbər verir ki, soyulma, qırılma, saralma və ya ləkələnmə kimi əlamətlər bəzi vitamin çatışmazlıqları və ya xroniki xəstəliklərin göstəricisi ola bilər.

Dırnaqlarda yaranan ağ xətlər sink və ya kalsium çatışmazlığını göstərə bilər. Eyni zamanda, dırnaqların həddindən artıq qırılması "B" vitaminlərinin azlığına işarə ola bilər.

Dırnaq sağlamlığını qorumaq üçün balanslı və vitaminlə zəngin qidalanma, su içmək, kimyəvi maddələrlə təmasdan qorunmaq üçün əlcək geyinilməsi, manikür zamanı steril alətlərdən istifadə olunması vacibdir.

Həkimlər vurğulayır ki, dırnaqda uzunmüddətli dəyişiklik müşahidə edilərsə, bu, ciddi xəstəliklərin, o cümlədən tiroid pozuntuları və qan azlığının əlaməti ola bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər