"Yeni mənzillər üçün ildə 2 milyard xərcləyirik"

"Yeni mənzillər üçün ildə 2 milyard xərcləyirik"
18.05.2026 15:11

“2025-ci ildə 238 min mənzil istifadəyə verilib və biz bu rəqəmi 2030-cu ilə qədər daha 1,5 dəfə artırmağı planlaşdırırıq”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib.

O bildirib ki, proqramlar üçün dövlət büdcəsindən illik 2 milyard ABŞ dolları məbləğində vəsait ayrılır ki, bu da əhalinin əlverişli mənzillərlə təmin olunmasına xidmət edir:

“2024-cü ildə qeyri-formal məskunlaşma probleminin həlli üçün xüsusi qanunlar qəbul edilib və 100 minə yaxın sakin üçün mülkiyyət hüquqlarını təsdiqləyən sənədlər rəsmiləşdirilib”.

Özbəkistan dövlət başçısı mənzil fondunun yenilənməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə diqqət çəkib:

“Köhnəlmiş mənzil fondunun yenilənməsi məqsədilə, təmir-bərpa işləri hesabına tikilən yaşayış binalarının payının 15 faizdən 60 faizə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, urbanizasiya proseslərini daha effektiv idarə etmək üçün Milli Urbanizasiya Komitəsi təsis edilmişdir”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 All News