Ermənistanda kəndlilərə Azərbaycanla sərhəddə köçmək qadağası qoyuldu - Sinirdə nə baş verir?
Ermənistanın Tavuş bölgəsində yerləşən Çaykənd (Kirants) kəndinin sakinləri Berkaber su anbarının sahilindəki bəzi torpaq sahələrinə girişdən məhrum edilib.
TodayPress TV xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bu qərarın “insidentlərin qarşısını almaq” məqsədilə olduğunu izah edib.
Məlumata görə, kənd sakinləri artıq delimitasiya olunmuş hissədəki torpaq sahələrinə daxil ola biləcəkləri barədə MTX tərəfindən məlumatlandırılıb. Lakin su anbarı sahili boyunca yerləşən müəyyən ərazilərə girişə hələ də icazə verilmir. Bu məhdudiyyətlər sərhəd bölgəsindəki delimitasiya prosesi ilə bağlı yaranıb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası çərçivəsində Çaykənd (Kirants) və Berkaber kəndləri ətrafındakı ərazilərdə müəyyən dəyişikliklər baş verib. Ermənistan tərəfi bu prosesdə bir sıra strateji əhəmiyyətli torpaq sahələrini itirib və yerli sakinlər arasında ciddi narazılıq yaranıb. Delimitasiyadan sonra kənd sakinlərinin kənd təsərrüfatı torpaqlarına çıxışı mütəmadi olaraq problemlər yaradır.
Jalə Rövşən