Ermənilərdən Türkiyə və Azərbaycan arasında inanılmaz TƏXRİBAT: Səfir əslində nə deyib?

Ermənilərdən Türkiyə və Azərbaycan arasında inanılmaz TƏXRİBAT: Səfir əslində nə deyib?
19.05.2026 12:23

Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyənin “Cumhuriyet” qəzetinə verdiyi müsahibədə ölkəmizin rəsmi mövqeyini açıq və qətiyyətli şəkildə ortaya qoyub.  Açıqlama yayınlandığı andan etibarən erməni separatçılar atılıb-düşməyə başlayıblar. Onlar bu açıqlamanı Ermənistan üçün "təhdid" hesab edirlər. 

Bəs separatrçılar niyə "alovlanıblar"? Səfirimiz əslində nələri vurğulayıb? 

“Biz Türkiyə ilə əlaqələndirilmiş siyasət yürüdürük; Türkiyə Xarici İşlər Nazirliyi ilə daim əlaqə saxlayırıq. Biz Ermənistan-Türkiyə normallaşması və Ermənistan-Azərbaycan normallaşma proseslərini paralel olaraq həyata keçiririk. Biz addım-addım irəliləyərək bir-birimizlə uyğunlaşırıq. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. 7 iyun seçkilərindən sonra onlar konstitusiyanı dəyişdirəcək və referendum keçirəcəklər. Ərazi iddiası aradan qaldırıldıqdan sonra ABŞ-də paraflanmış Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanacaq. Bundan sonra Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədləri açılacaq",- Rəşad Məmmədov bildirib. 

Səfir həmçinin qeyd edib ki, normallaşma istiqamətində artıq kiçik addımlar atılır: Azərbaycan Ermənistana neft məhsulları və yanacaq təmin edir, yüklərin Azərbaycan ərazisi vasitəsilə daşınmasına şərait yaradır.

Rəşad Məmmədovun sözlərində qeyri-adi heçnə yoxdur. Burda heç bir “veto” və ya "təhdid" dən söhbət gedə bilməz. O, sadəcə Azərbaycan və Türkiyənin uzlaşdırılmış siyasət apardığını və normallaşmanın yalnız paralel şəkildə, əsas şərtlər yerinə yetirildikdə irəliləyə biləcəyini bildirir. Əsas şərt isə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bu Ermənistan üçün yeni şərt deyil. 

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini işğal etmiş, bir milyona yaxın azərbaycanlını qovmuş, Xocalı soyqırımı kimi ağır cinayətlər törətmişdi. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi ilə, 2023-cü ildə isə anti-terror tədbirləri nəticəsində öz suveren ərazilərində tam nəzarəti bərpa etdi. 

Səfirimizin  Türkiyə mətbuatına verdiyi bu bəyanatlar Azərbaycan dövlətinin post-münaqişə dövründəki xarici siyasət strategiyasının, qətiyyətinin və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin tam xülasəsidir. 

İlk növbədə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan normallaşma proseslərinin paralel aparıldığının vurğulanması "Bir millət, iki dövlət" formulunun real siyasətdəki birbaşa təzahürüdür. Bakı və Ankara xarici siyasət kursunu tam sinxronlaşdırıb. Bu, İrəvana və onun xaricdəki havadarlarına açıq bir mesajdır: Ermənistan regionda blokadadan çıxmaq, Türkiyə ilə sərhədləri açmaq və iqtisadi nəfəslik qazanmaq istəyirsə, Azərbaycanla münasibətləri tam tənzimləməli və rəsmi Bakının şərtlərini qəbul etməlidir. İki qardaş ölkə arasında nifaq salmaq və ya prosesləri ayrı-ayrılıqda idarə edərək vaxt qazanmaq cəhdləri mənasızdır.

İkincisi, davamlı sülh üçün Azərbaycan dövlətinin qoyduğu ən fundamental qırmızı xətt Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistanın hazırkı əsas qanunvericiliyində və Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının qalması gələcək sülh üçün saatlı bombadır. Dövlətimizin mövqeyi kəskindir: Hüquqi ərazi iddiaları tamamilə ləğv edilmədən imzalanacaq hər hansı bir sülh sənədi etibarsızdır və gələcəkdə Ermənistanda hakimiyyətə gələ biləcək revanşist qüvvələr üçün manipulyasiya alətinə çevrilə bilər. Azərbaycan isə öz təhlükəsizliyini və gələcəyini riskə ata bilməz.

Üçüncüsü, səfirin Azərbaycanın Ermənistana neft məhsulları və yanacaq təmin etməsi, həmçinin yüklərin ölkəmizin ərazisindən daşınmasına şərait yaratması barədə açıqlaması rəsmi Bakının humanizm və iqtisadi praqmatizm nümayiş etdirdiyini göstərir. Bu, dünya birliyinə verilən mühüm bir siqnaldır ki, Azərbaycan konstruktiv tərəfdir, bölgədə qisasçılıq yox, dayanıqlı inteqrasiya tərəfdarıdır. Tələb olunan fundamental hüquqi şərtlər yerinə yetirilərsə, Azərbaycan Ermənistan üçün regional rifahın və iqtisadi dirçəlişin qapısına çevrilməyə hazırdır.

Erməni millətçilərinin və separatçı tör-töküntülərinin  bu reallıqlardan ciddi narahat olması onların hələ də regiondakı yeni reallıqları həzm edə bilməmələrindən xəbər verir. Onlar hansı dairələrə xidmət edirlər? Hansı revanşist xülyanın ardınca düşüblər? Bunu biz çox yaxşı bilirik. Onu da bilirik ki, bu separatçı ideologiya onların xalqına, cəmiyyətinə heç bir "+" gətirmir.  Rəşad Məmmədov  son müsahibəsində 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri ilə regionda yaranmış tarixi, legitim və geosiyasi reallığı beynəlxalq hüququn dili ilə ifadə edib.  Reallıqlar isə narahatlıq yaratmamalıdır. 

Azərbaycan Ermənistana aydın bir seçim təklif edir: ya konstitusiyadakı xəyali iddialardan əl çəkib Türkiyə və Azərbaycanla sərhədlərini açaraq regional tərəfdaşa çevrilmək, ya da revanşist xülyaların arxasınca qaçaraq iqtisadi və siyasi təcriddə qalmaq. Azərbaycanın mövqeyi tamamilə qətiyyətli, ədalətli və beynəlxalq hüquqa uyğundur.  

Jalə Rövşən

NEWS FEED
31 MAY 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 All News