Bu ailələrə hər ay 500-650 manat ödənilir

Bu ailələrə hər ay 500-650 manat ödənilir
31.05.2026 17:20 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib.

TodayPress TV xəbər verir ki, bu məlumat ƏƏSMN-nin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub.

Bildirilib ki, SXA ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb:

"Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır. Hazırda həmin uşaqlardan 41-i Bakıda, 4-ü Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayır".

Qeyd olunub ki, nazirlik tərəfindən himayədar ailələrə aylıq sosial ödənişlər də edilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq 355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası uşaqlara görə isə aylıq 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir.

Bununla yanaşı, himayədar ailəyə verilmiş uşaqların mövsümi geyimlə təmin olunması məqsədilə ailələrə hər rübdə bir dəfə, hər uşaq üçün 200 manat məbləğində birdəfəlik müavinət verilir.

Qeyd edək ki, hər il mayın 31-i bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur. Məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.

Prezident İlham Əliyevin 2023-cü il 12 iyul tarixində imzaladığı qanunvericilik aktlarına əsasən, ölkəmizdə himayədar ailə institutu tətbiq edilir. Dünyada uşaqlara alternativ qayğı sahəsində geniş istifadə olunan "Himayədar ailə" modeli valideyn himayəsindən məhrum uşaqların müəyyən müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla ailə mühitində yaşaması və inkişafını, qayğı ilə əhatə olunmasını təmin edir.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 All News