“Təbiətin fırça izi” adlı rəsm sərgisi keçirildi

“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi
24.05.2026 16:23 Mədəniyyət

Bakı-İstanbul Liseyində şagirdlərin estetik dünya görüşünün formalaşması, onların yaradıcılıq potensialının üzə çıxarılması və təsviri sənətə olan marağının artması məqsədilə mütəmadi olaraq mədəniyyət və incəsənət yönümlü layihələr həyata keçirilir.

TodayPress TV xəbər verir ki, bu layihələrdən biri də 23 may tarixində Muzey Mərkəzinin dairəvi zalında keçirilən “Təbiətin fırça izi” adlı rəsm sərgisidir. 

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı İstanbul Liseyinin dəstəyilə ərsəyə gələrək böyük marağa səbəb olmuşdur. 

Sərgidə 60-dan çox  müxtəlif ölçü və texnikalarda rəsm əsəri və vitraj nümunələri sənətsevərlərə təqdim olundu.  

Təbiətin ecazkar gözəlliyindən ilhamlanaraq yaranan hər bir əsər uşaqların daxili aləminin aynasına çevrilmişdir.

Təşkilatçısı gənc rəssam, müəllim Aslanova Reyhan olan sərgidə açılış nitqindən sonra  himnimiz səsləndi. Tədbirdə ilk olaraq Azərbaycan Respublilasının Xalq Rəssamı, professor, şöhrət ordenli Arif Hüseynov çıxəş edərək sərginin mahiyyətindən söhbət açdı. Daha sonra isə Bakı-İstanbul Liseyinin direktoru

Səmayə Turabxanlı çıxış etdi. O, sərginin tkilində əməyi oaln hərkəsə təkkürünü bildirdi. Daha sonra, tədbirin davamında Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük Elmi İşçisi, Sənətşünas Ziyarət Qəhrəmanova sərginin uşaqlar üçün necə önəmli olduğunu, uşaqların estetiq zövqünün və bu sahəyə olan həvəsinjn daha da artdığını vurğuladı.

Bakı-İstanbul Liseyinin təşkilati işlər üzrə direktor müavini Vüsalə Əliyeva çıxış edərək bütün müəllim və şagird heyyətinə təşəkkür və minnətdarlıgını bildirdi.

Sonda söz tədbir-sərginin təşkilatçısı Reyhan Aslanovaya verildi. O, kiçik rəssamların qəlbindəki işığın təbiətdəki gözəlliklərlə vəhdətdə ərsəyə gətirdikləri əsərlərin təqdim olunmasından söhbət açaraq bütün əməyi olan hər kəsə, xüsusilə Mədəniyyət Nazirliyi, Muzey Mərkəzi və Bakı-İstanbul Liseyinin idarə heyyətinə öz təşəkkürlərini bildirdi. Tədbirin davamı uşaqlqrın rəqs tamaşası ilə davam etdi.

Daha sonra bütün müəllimlər, uşaqlarvə könüllü heyyət sertifikatla təltif olundu. 

TodayPress TV 

FOTOLAR

“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi — 1
“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi — 2
“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi — 3
“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi — 4
“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi — 5
“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi — 6
“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi — 7
“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi — 8
“Təbiətin fırça izi” adlı rəsm sərgisi  keçirildi — 9
XƏBƏR LENTİ
03 IYUN 2026
Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Bütün Xəbərlər