Reanimasiyaya düşən müğəninin vəziyyəti açıqlandı
Reanimasiyaya düşən məşhur türkiyəli sənətçi Haluk Levent xəstəxanadan buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Məlumata görə, mədə qanaması keçirən müğənninin müalicəsi başa çatıb. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Xatırladaq ki, Haluk Levent Eskişehirdəki konsert proqramından sonra AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) rəsmiləri ilə görüşə gedərkən yolda özünü pis hiss etmiş və dərhal Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasına çatdırılmışdı. Sənətçinin mədə qanaması keçirdiyi müəyyən olunmuş və reanimasiyaya yerləşdirilmişdi.
Bir neçə gün əvvəl isə paytax Bakıda baş tutan Ümumdünya Şəhərsalma Forumunda (World Urban Forum) çıxış edib.
Türkan İsgəndərli