İtaliyada muzeydə saxta rəsmlər müsadirə edildi

Mədəniyyət

01.10.2025 17:35

İtaliya polisi ötən ay "Salvador Dali: İncəsənət və Mif arasında" adlı sərgidə nümayiş etdirilən 21 əsəri ələ keçirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "AP" məlumat yayıb.

Sözügedən əsərlər ilin əvvəlində Romada nümayiş etdirilib, daha sonra sərgi Parmada açılıb. Polis bildirib ki, Roma sərgisi zamanı Qala Fondu bəzi əsərlərlə bağlı mümkün pozuntular barədə məlumat verib. Fond 1983-cü ildə Dalinin irsini qorumaq və yaymaq məqsədilə yaradılıb.

İncəsənət Cinayətləri Bölməsi məsələ ilə bağlı qobelenlər, rəsmlər və qravüraları müsadirə edib. Araşdırma davam edir.

Qeyd edək ki, avqust ayında İngiltərədə keçirilən hərracda bir iştirakçı cəmi 180 dollara orijinal Dali rəsmi əldə edib. Ekspertlər həmin əsəri 25 min dollar dəyərində qiymətləndiriblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: İtaliya,Sərgi,Rəsm,Saxta,Todaypress.tv,