“Aqrar Tədarük və Təchizat” ASC-də tədbir keçirildi

“Aqrar Tədarük və Təchizat” ASC-də tədbir keçirildi
17.06.2025 12:20 Kənd Təsərrüfatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətində “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda görüş keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Birliyinin sədr müavini Fuad Məmmədov bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Bunu nəzərə alaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub. Fuad Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, habelə digər qanunvericilik aktlarında təsbit olunmuş insan hüquqları və qanuni mənafelərinin qorunması ilə bağlı mühüm müddəalar, onların təmin olunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər, o cümlədən aqrar sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.  

Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əməkdaşların və fermerlərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsinə xüsusi diqqət yetirilir. Hazırda ölkədə çalışan işçi qüvvəsinin böyük hissəsinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olduğunu xatırladan Birliyin sədr müavini əlavə edib ki, fermer təsərrüfatlarında və istehsalat sahələrində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məqsədilə mütəmadi monitorinqlər təşkil olunur. Aqrar sahədə çalışan işçilərin hüquqlarının müdafiəsini təmin etmək üçün mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir, görüşlər təşkil olunur. 

Digər çıxış edənlər də Kənd Təsərrüfatı Nazirliyinin insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə görüş iştirakçılarını məlumatlandırıb. 

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

FOTOLAR

“Aqrar Tədarük və Təchizat” ASC-də tədbir keçirildi — 1
“Aqrar Tədarük və Təchizat” ASC-də tədbir keçirildi — 2
XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər