Süni intellekt insan zəkasını geridə qoymağa hazırlaşır?

Süni intellekt insan zəkasını geridə qoymağa hazırlaşır?
31.07.2025 11:31 İKT

Texnologiya nəhəngləri süni “super zəka” üçün yarışır. 

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verib. 

“ChatGPT”, “Gemini”, “Claude”, “Grok” və digər söhbət botları artıq milyonlarla istifadəçinin gündəlik həyatına daxil olub. Lakin mütəxəssislərə görə, bu sistemlər süni intellektin sadəcə görünən üzüdür. Əslində texnologiya nəhəngləri daha radikal bir məqsədin - süni super zəkanın (Artificial Superintelligence – ASI) ardındadır. 

Bu hədəf, texnologiya şirkətləri tərəfindən “gələcəyin Ay missiyası” kimi qiymətləndirilir. Məqsəd isə insan zəkasını bütün sahələrdə geridə qoyan sistemlər yaratmaqdır.

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq bu yanaşmanı “şəxsi super zəkanın hər kəsin əlində olması” kimi xarakterizə edib. 

Rəsmi tərifi olmasa da, super zəka dedikdə insanı bütün elmi sahələrdə üstələyə bilən sistemlər nəzərdə tutulur. Belə sistemlərin məlumatı anında analiz etməsi, sahələrarası əlaqə qurması, yeni elmi nəzəriyyələr irəli sürməsi və hətta etik və emosional qərarlar verməsi mümkün sayılır. 

Filosof Nick Bostromun 2014-cü ildə yayımladığı “Superintelligence” adlı əsəri bu mövzunu geniş ictimaiyyətə tanıdan əsas mənbələrdən biridir. Bostrom bu cür sistemlərin nəzarətdən çıxaraq insanlıq üçün təhlükəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. 

Mövcud süni intellekt sistemləri hələ də “narrow AI” adlandırılan mərhələdədir. Yəni onlar yalnız spesifik tapşırıqları yerinə yetirə bilir. İnsan səviyyəsində ümumi zəka hələ reallaşmayıb, lakin bu sahədə sürətli irəliləyiş müşahidə olunur. 

Süni zəkanın aparıcı adlarından biri olan Cofrey Hinton, super zəkanın 10-20 il ərzində mümkün ola biləcəyini deyir. Mark Zukerberq isə bu müddətin cəmi 2-3 il ola biləcəyini irəli sürür. 

2025-ci ilin iyununda “Meta” şirkəti “Superintelligence Labs” adlı yeni təşkilat yaradaraq süni super zəka sahəsinə milyardlarla dollar sərmayə yatırıb. Şirkət bu məqsədlə yalnız infrastruktur və məlumat mərkəzlərinə 64–72 milyard dollar ayırıb. 

Zukerberq bildirib ki, “Meta”nın məqsədi təkcə iqtisadi səmərəlilik deyil, hər bir insana “şəxsi zəka” təqdim etməkdir. 

Əgər super zəka reallığa çevrilərsə, bu təkcə elm və texnologiya deyil, “insan olmaq” anlayışını da köklü şəkildə dəyişə bilər. 

Aysel Mətləb

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər