"Samsung" "One UI" interfeysini tətbiq edəcək

"Samsung" "One UI" interfeysini tətbiq edəcək
26.08.2025 19:30 İKT

“Samsung” şirkəti "Wi-Fi" dəstəyi və daxili ekranlarla təchiz olunmuş ağıllı soyuducu, paltaryuyan kimi məişət texnikasına “One UI” interfeysini gətirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat istehsalçının rəsmi saytında yer alıb.

Şirkətin açıqlamasına görə, təşəbbüs bütün “Samsung” ekosistemində vahid interfeys yaratmağa yönəlib. İstifadəçilər bundan sonra smartfon və televizorlarda olduğu kimi eyni vizual mühiti məişət texnikasında da görəcək, həmçinin məşhur tətbiq və xidmətlərlə inteqrasiya imkanına sahib olacaqlar.

İstehsalçı bildirib ki, yeni strategiya genişləndirilmiş proqram təminatı dəstəyi ilə müşayiət olunacaq. Belə ki, 2024-cü ildən bazara çıxarılan “Samsung” məişət texnikası yeddi il ərzində yeniləmələr alacaq – bu müddət brendin flaqman smartfonları ilə eynidir. İlk yeniliklərin sentyabr 2025-dən etibarən istifadəyə veriləcəyi qeyd olunub.

Mütəxəssislər bildirirlər ki, bu addım məişət texnikası istehsalçıları arasında yenilikdir. Adətən belə cihazlar yalnız bir neçə dəfə proqram təminatı yeniləməsi ilə kifayətlənir.

Qiymət Mahir


XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər