Osman Gündüz: “Startap ekosistemində investisiya vəziyyəti kritikdir”

Osman Gündüz: “Startap ekosistemində investisiya vəziyyəti kritikdir”
25.08.2025 13:23 İKT

“Rəqəmsal inkişaf və startap ekosistemi üzrə mühüm qurumlardan biri olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanovun verdiyi son açıqlamaya görə, son 3 il ərzində Azərbaycandakı startaplar beynəlxalq investor və təşkilatlardan ümumilikdə 2,4 milyon avro (təqribən 3 milyon ABŞ dolları) xarici investisiya cəlb edə bilib. Lakin təəssüf ki, bu vəsaitlərin hansı startaplar tərəfindən cəlb edildiyinə dair ictimaiyyətə detallı məlumat verilməyib”. 

TodayPress TV xəbər verir ki, bunu rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, əgər təqdim edilən rəqəm rəsmi və ümumi göstəricidirsə, bu, ölkəmizdə startap ekosisteminin hazırkı vəziyyətinin nə dərəcədə zəif olduğunu bir daha ortaya qoyur. 

“Yerli vençur fondlarının ya ümumiyyətlə mövcud olmaması, ya da olanların startaplar üçün əlçatan olmaması, eyni zamanda xarici investisiyaların da son dərəcə məhdud olması, ümumi mənzərəni daha da ağırlaşdırır. 

Müqayisəli təhlil üçün region ölkələrində 2024-cü il üzrə vençur maliyyələşməsi ilə bağlı göstəricilərə nəzər salmaq yerinə düşər:

Qazaxıstan – $110 milyon (təqribən 37% artım)

Ermənistan – $135 milyon, bunun $8 milyonu yerli vençur fondlarından

Gürcüstan – $28 milyon (təqribən 30% artım)

Özbəkistan – $15 milyon (2,5 dəfə artım)

Qırğızıstan – $2 milyon (artım müşahidə olunur)

Azərbaycan – $1 milyon (azalma: 2023-cü ildə bu rəqəm təqribən $2,2 milyon idi)

Bu rəqəmlər açıq şəkildə göstərir ki, Azərbaycanın startap ekosistemində investisiya cəlbi baxımından vəziyyət həm regionda, həm də Mərkəzi Asiyada ən zəif göstəricilərdən birinə malikdir”.

Ekspert vurğulayıb ki, artıq 10 ilə yaxındır ki, vençur maliyyələşməsi ilə bağlı qanunvericilik bazasının formalaşdırılması gecikir. 10 maddəlik qanun layihəsinin müxtəlif mərkəzi icra orqanlarında hazır olmasına baxmayaraq, qarşılıqlı rəqabət və səlahiyyət bölgüsü ilə bağlı razılaşmaların olmaması səbəbindən bu vacib sənəd qəbul edilə bilmir.

Bununla belə, texnologiya mütəxəssisi prosesin tam pessimist notlarla qiymətləndirilməsini düzgün hesab etməyib: 

“Ümidverici məqam odur ki, cari ildə Azərbaycan Mərkəzi Bankı sözügedən qanun layihəsinin maraqlı tərəflərə təqdim olunacağını açıqlayıb. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən İRİA üçün maliyyə vəsaitlərdən istifadə ilə bağlı Qaydalar təsdiqlənib. İndi əsas məsələ bu vəsaitin İRİA-ya vaxtında ayrılması və effektiv istifadəsinin təmin olunmasıdır.

Eyni zamanda, vençur fondlarının sayının artırılması və mövcud fondların şəffaf fəaliyyətinin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, hazırda ölkədə fəaliyyət göstərən yeganə vençur fondu olan “Caucasus Ventures” fəaliyyəti ilə bağlı kifayət qədər şəffaflıq və açıq əlçatanlıq təmin edə bilmədiyindən, yerli startaplar bu fondun imkanlarından lazımi səviyyədə faydalana bilmirlər. İRİA bu fondun fəaliyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə açıq müzakirələr təşkil edərsə, bu, startap ekosisteminin inkişafına əhəmiyyətli töhfə verə bilər”.

O.Gündüz sonda diqqətə çatdırıb ki, xüsusilə ilkin inkişaf mərhələsində olan startapların maliyyələşməsi sahəsində vəziyyət daha da çətindir. 

“İRİA, RİNN, KOBİA və digər əlaqəli qurumların bu sahəyə diqqəti artırması və koordinasiyalı fəaliyyət göstərməsi vacibdir”, - deyə o fikrini yekunlaşdırıb.

Töhfə Səməd

FOTOLAR

Osman Gündüz: “Startap ekosistemində investisiya vəziyyəti kritikdir” — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər