ISO Azərbaycanın namizədliyini təsdiq etdi

ISO Azərbaycanın namizədliyini təsdiq etdi
14.07.2025 18:07 İKT

Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt Strategiyası İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən həyata keçirilən “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil olunan tədbirdə təqdim olunub.

TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir.

Tədbir iştirakçılarına həmçinin süni intellekt sahəsində “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-05) tərəfindən qəbul olunmuş və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsdiq etdiyi standartlar barədə ətraflı məlumat verilib.

Layihədə iştirak etmək məqsədilə Azərbaycandan iki nəfərin namizədliyi ISO tərəfindən təsdiq edilib.Bunlar, Texniki komitənin sədri - RİNN-in aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Texniki komitənin əlaqələndiricisi - Azərbaycan Standartlaşdırma İnstitutunun Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhridir.

Müsabiqənin qalibləri kimi Azərbaycanla yanaşı, Bahama adaları, Braziliya, Böyük Britaniya, Kanada, Misir, Hindistan, İndoneziya, Malayziya, Niderland Krallığı, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Uqanda və Amerika Birləşmiş Ştatlarının nümayəndələri də layihədə iştirak etmək hüququ qazanıblar.

Layihənin əsas məqsədi maraqlı tərəfləri süni intellektin idarə olunması sahəsində beynəlxalq və yerli standartlara uyğun ən yaxşı tənzimləmə təcrübələri barədə məlumatlandırmaq, həmçinin süni intellekt siyasəti və standartları ilə bağlı bilik və təcrübə mübadiləsini təşviq etməkdir.

Səfər çərçivəsində seçilmiş nümayəndələr Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil olunan “Artificial Intelligence for Good” adlı qlobal süni intellekt sammitinə də qatılıb.

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər