“ChatGPT-5" təqdim olunacaq: Üstünlükləri nələrdir?

“ChatGPT-5" təqdim olunacaq: Üstünlükləri nələrdir?
28.07.2025 19:15 İKT

“OpenAI"nin yeni modeli “GPT-5” süni intellektin sərhədlərini genişləndirir. 

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Bildirilib ki, “OpenAI”nin növbəti nəsil süni intellekt modeli olan “GPT-5”, təkcə söhbət botu olmaqdan kənara çıxaraq sürət, məntiq və çox yönlülük baxımından süni intellektin yeni mərhələsini başlatmağa hazırlaşır.  

Məlumata görə, “GPT-5" avqust ayında təqdim olunacaq. 

Hazırda istifadəçilərin əksəriyyəti “GPT-4o” modelindən yararlanır. “OpenAI” bu modeli əksər tapşırıqlar üçün yetərli hesab etsə də, “GPT-5” ilə bağlı gözləntilər daha yüksəkdir.  

Məlumata görə, “GPT-5" fərqli alətlər arasında keçid ehtiyacını aradan qaldıracaq. Görüntü yaratma, kod çevirmə, məlumat emalı və internetdə araşdırma kimi funksiyalar eyni platformada birləşdiriləcək. Beləliklə, yeni model təkcə dialoq aparan sistem deyil, çoxmodlu məhsuldarlıq platforması funksiyası daşıyacaq. 

Ən çox gözlənilən yeniliklərdən biri də böyük kontekst pəncərəsi olacaq. Bu funksiya vasitəsilə model tək bir sessiyada daha çox məlumatla işləyə biləcək. Bu isə uzun mətnlərin yazılması, hüquqi sənədlərin təhlili və mürəkkəb proqramlaşdırma layihələri kimi sahələrdə istifadəçilərə böyük imkanlar yaradacaq. 

Aysel Mətləb

XƏBƏR LENTİ
31 MAY 2026
Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Bütün Xəbərlər