Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olundular

Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olundular
25.08.2025 12:07 İKT

TikTok Yaxın Şərq, Asiya və Afrika ölkələrində, o cümlədən Azərbaycanda reklam sahəsində TikTok Ad Awards 2025 adlı kreativ mükafatın başladıldığını elan etdi. Mükafatlandırma mərasimi dekabr ayında Ər-Riyadda keçiriləcək və burada TikTok-un xüsusi imkanlarından istifadə edərək parlaq, nəticəyönümlü marketinq kampaniyaları hazırlayan brendlər və agentliklər mükafatlandırılacaq.

TodayPress TV xəbər verir ki, TikTok artıq ikinci il ardıcıl olaraq beynəlxalq Ad Awards mükafatını keçirir.

Onun əsas məqsədi regionda ən ilhamverici reklam kampaniyalarını önə çıxarmaq, orijinallıq, yaradıcılıq və emosiyanı təsirli biznes nəticələri ilə birləşdirməyi bacaran brendləri vurğulamaqdır.

Müraciətlərin qəbulu artıq açıqdır və 1 oktyabr 2024-cü ildən 31 oktyabr 2025-ci ilədək TikTok-da həyata keçirilmiş reklam kampaniyalarını əhatə edir. Azərbaycan brendləri və agentlikləri ilə yanaşı, mükafata Qazaxıstan, Türkiyə, Kipr, Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Livan, İraq, Misir, Mərakeş, Keniya, Nigeriya, Cənubi Afrika, Pakistan, Banqladeş və Şri-Lankanın nümayəndələri də qatıla bilərlər.

Bu il iştirakçılar yeddi nominasiya üzrə müraciət edə bilərlər. Hər bir kateqoriya TikTok-da reklam kampaniyalarının uğuru üçün vacib olan əsas məqamlardan birini əks etdirir:

1. It’s the Creative for Me (Yaradıcı potensial). Bu kateqoriyada əsas meyar yaradıcı ideya və strategiyadır. Bu kateqoriya TikTok-da kampaniyalarını həyata keçirərkən cəsarət göstərən, yaradıcılığın sərhədlərini genişləndirən və təsirli nəticələr əldə edən brendlər və agentliklər üçün açıqdır.

2. Community Core (İcmanın səsi). Bu kateqoriyada TikTok yaradıcılarının ən yaxşı şəkildə cəlb edilməsi və platforma icması ilə ən səmərəli iş qiymətləndirilir.

3. Full Funnel Flex (Bütün mərhələlərə fokus). Bu kateqoriya marketinq hunisinin bütün mərhələlərində – tanınmadan konversiya və satışa qədər – ölçülə bilən nəticələr göstərən inteqrasiya olunmuş strategiyalara malik kampaniyaları əhatə edir.

4. Big Branding Energy (Brendin gücü). Bu kateqoriyada hekayə anlatımı vasitəsilə özünü parlaq şəkildə göstərən yaradıcı və brendin tanınmasını əhəmiyyətli dərəcədə artıran kampaniyalar qiymətləndirilir.

5. Goal Digger (Hədəfə çatmaq). Bu kateqoriyada brendlərə konkret biznes nəticələri qazandıran, reklam xərclərinin səmərəliliyini artıran, konversiya göstəricilərini və satışları yüksəldən — reklam kampaniyaları qiymətləndirilir.

6. Bougie on a Budget (Büdcə önəmli deyil). Bu kateqoriya, büdcə və resurs məhdudiyyətlərinə baxmayaraq, orqanik və ödənişli məzmunu səmərəli birləşdirərək maksimal təsir əldə edən və platforma icmasını heyrətləndirən kampaniyalar üçün nəzərdə tutulub.

7. Sound On Please (Səs yüksək olsun). Bu kateqoriya, səs effektinin yaradıcı ideyanın əsasını təşkil etdiyi və kampaniyanın ən parlaq şəkildə həyata keçirilməsinə imkan verdiyi reklam layihələri üçün nəzərdə tutulub.

The People's Choice (İctimai seçim). Bu kateqoriyada qalib, mükafatlandırma mərasiminin qonaqlarının səs verdiyi kampaniya olacaq.

Mükafatın əsas qalibi ən yüksək mükafatı alacaq – The Greatest Of All Time (The G.O.A.T "Ən Böyük Əfsanə"). Bu mükafat yaradıcı yanaşması ilə seçilən və istənilən nəticələrə maksimum effektivliklə nail olan ən yaxşı kampaniyaya təqdim ediləcək. Mükafatın məqsədi – mədəniyyətə parlaq nümunə yaradan, istifadəçilərə sevinc və zövq bəxş edən və ümumilikdə TikTok icmasına müsbət təsir göstərən brendi önə çıxarmaqdır. G.O.A.T mükafatına namizədlik avtomatik olaraq yeddi əsas kateqoriyadan hər hansı birinə müraciət etmiş bütün iştirakçılara şamil olunacaq.

“Keçən il gördüyümüz inanılmaz yaradıcılıq səviyyəsindən sonra TikTok Ad Awards-u ikinci dəfə keçirməkdən məmnunuq,” – deyə TikTok-un Yaxın Şərq, Türkiyə, Afrika, Mərkəzi və Cənubi Asiya üzrə Qlobal Biznes Həlləri departamentinin baş direktoru Şadi Kandil bildirib. – “Bu mükafat sadəcə reklam üçün deyil, mədəni hadisəyə çevrilən, ilham verən və real biznes nəticələri gətirən layihələr üçündür. Bu il brendlər və agentliklər tərəfindən təqdim olunacaq cəsarətli və innovativ işləri səbirsizliklə gözləyirik.”

Müraciətlərin qəbulu 31 oktyabr 2025-ci ildə başa çatacaq. Mükafatla bağlı ətraflı məlumat və müraciət forması sayt vasitəsilə təqdim olunur: https://tiktokadawardsmetapee.com/2025.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər