Hidayət Heydərov: “Bütün titulları ikiqat artırmaq istəyirəm”

Hidayət Heydərov: “Bütün titulları ikiqat artırmaq istəyirəm”
11.06.2025 15:02 İdman

Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Olimpiya və dünya çempionu Hidayət Heydərovla bağlı yazı dərc edib. 

TodayPress TV xəbər verir ki, EJU məqaləni “O hər şeyi qazanıb, amma hələ də motivasiyası yüksəkdir” başlığı altında təqdim edib.

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatında yenidən tatamiyə çıxacaq. 73 kq çəki dərəcəsində Parisdə Olimpiya çempionu titulunu əldə edən Heydərov üçün 2024-cü il əlamətdar olub. O, həmçinin dünya və Avropa çempionatlarında da qızıl medal qazanaraq cüdo tarixində unikal nəticəyə imza atıb.

O, son Avropa çempionatında tatamiyə qayıtmaq istəyirdi. Lakin xəstələndiyi və tam sağalmadığı üçün yarışda iştirak edə bilməyib. Bununla belə, Podqoritsaya gedərək “İlin kişi cüdoçusu” mükafatını qəbul edib və komanda yoldaşlarına dəstək olub.

“Sadəcə çəki itirmişdim və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq və əvvəlki formaya qayıtmaq asan deyil, amma qarşıdakı yarışlarda qalib gəlmək istəyirəm” - 27 yaşlı cüdoçu deyib.

Onun motivasiyası hələ də yüksəkdir: 

“Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm”.

Olimpiya çempionu olmaq və ölkədə cüdonun simasına çevrilmək Heydərovun həyatında çox şeyi dəyişib: 

“Çox şey dəyişdi, amma ən önəmlisi budur ki, artıq tanınmış bir şəxsə çevrilmişəm. Bu məqamı sevirəm, çünki yeni nəslə nümunə olduğumu hiss edirəm”. 

Hidayət artıq diqqətini yenidən tam şəkildə cüdoya yönəldib. 

“Cüdo mənim üçün sadəcə bir idman növü deyil. Bu, mənim həyat yolumdur. Bu yolda isə geriyə baxmaq yoxdur - yalnız irəli,” - təsadüfi deyil ki, bir müddət öncə Heydərov şəxsi “Instagram” hesabında bunları yazmışdı.

Gündəlik məşq rejiminə qayıtmaq asan olmasa da, cüdoya olan sevgisi daha üstün gəlib: 

“Cüdo daha şəffaf və dürüstdür. Mən bu idmanı sevirəm, çünki burada hər kəs bir ailə kimidir. Hamı bir-birinə və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşır,” – deyə Heydərov bildirib.

Hidayət Heydərov dünya və Olimpiya çempionu statusu ilə Budapeştdə keçiriləcək dünya çempionatında yenidən tatamiyə çıxmaq üçün ciddi şəkildə hazırlaşıb.

Namiq HUN

XƏBƏR LENTİ
04 IYUN 2026
Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Bütün Xəbərlər