Avropa çempionu qayıdışını elan etdi
Rusiyalı bədii gimnast Lala Kramarenko idmana qayıtdığını açıqlayıb.
TodayPress TV xəbər verirki, o, bu barədə “Element Batırşina” layihəsinin buraxılışında danışıb.
“Rəsmi şəkildə demək istəyirəm ki, mən idmana qayıdıram,” – deyə gimnast bildirib.
Xatırladaq ki, 2025-ci ilin əvvəlində Kramarenkonun məşqçisi İrina Viner onun 2024-cü ildə dizindən uğursuz əməliyyat keçirdiyini demişdi. Lakin sonradan bu məlumat təkzib olunmuşdu. Fevralda isə gimnast sağlamlığı tam bərpa olunmazsa, karyerasını bitirə biləcəyini istisna etməmişdi.
20 yaşlı Lala Kramarenko 2021-ci ilin Avropa çempionu, 2019-cu ilin gənclər arasında dünya çempionu və 2018-ci ilin gənclər arasında Avropa çempionudur. O, 2024-cü ildə keçirilən Rusiya çempionatında beş qızıl medal qazanıb.
Namiq HUN