Zelenski NATO sammitində
Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində iştirak etmək üçün Niderlandın Haaqa şəhərinə səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb.
Günün ikinci yarısında xarici işlər nazirləri səviyyəsində "Ukrayna–NATO" Şurasının iclası, eləcə də NATO ölkələrinin müdafiə nazirlərinin ayrıca toplantısı keçiriləcək.
Bundan əlavə, Zelenskinin Avropa Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və NATO-nun baş katibi Mark Rutte ilə ayrıca görüşləri də planlaşdırılıb.
Zelenski həmçinin Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya liderləri ilə yanaşı, NATO-nun Hərbi Komitəsinin rəhbəri Rob Bauer və Koordinasiya Qrupu rəhbəri David Rügge ilə də məsləhətləşmələr aparacaq.
Töhfə Səməd