Sudanda toy mərasimində 40-dan çox insan həlak oldu

Sudanda toy mərasimində 40-dan çox insan həlak oldu
09.04.2026 23:47 Dünya

Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.

TodayPress TV "Sudan Tribune"a istinadən xəbər verir ki, ölənlər arasında "Sürətli reaksiya qüvvələri"nin (SRQ) üzvləri də var.

Hadisə artıq təxminən üç ildir SRQ-nin nəzarətində olan və mütəmadi olaraq dron hücumlarına məruz qalan Kutum şəhərində baş verib.

Zərbə nəticəsində azı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb, onlarla ev dağılıb. SRQ hücuma görə məsuliyyəti Sudan ordusunun üzərinə qoyub.

Qeyd olunur ki, son üç ayda Sudanda mülki obyektlərə dron hücumları nəticəsində təxminən 500 nəfər həlak olub.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ordu komandanı Əbdülfəttah əl-Burhan ilə SRQ rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən kəskinləşib. Münaqişə nəticəsində, ekspertlərin qiymətləndirməsinə görə, azı 40 min insan həlak olub, təxminən 14 milyon nəfər isə evlərini tərk edib.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 All News