Rusiya XİN: "Ukraynanın hücumları sülh danışıqlarını pozmaq məqsədi daşıyır"
"Ukraynanın Rusiya ərazisinə son hücumları danışıqları pozmaq məqsədi daşıyır"
TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
Nazirlik Ukraynanın Moskva da daxil olmaqla Rusiyanın regionlarında qeyri-döyüşçülərə qarşı davam edən hücumlarına işarə edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mayın 20-dən 23-dək xüsusi hərbi əməliyyat zonasından kənarda Rusiya ərazisinə 788 pilotsuz uçuş aparatı buraxılıb, onlardan 776-sı məhv edilib, 12-si isə hədəfləri vurub.
Nazirlik bildirib ki, Rusiya hücumlara mütənasib şəkildə cavab verəcək, lakin Ukraynadan fərqli olaraq, yalnız hərbi obyektləri və müdafiə sənayesi müəssisələrini hədəf alacaq.
Aynur TAC