Nikuşor Dan Rumıniyanın yeni prezidenti seçildi: Seçkilərin gedişi və nəticələri

Nikuşor Dan Rumıniyanın yeni prezidenti seçildi: Seçkilərin gedişi və nəticələri
19.05.2025 11:29 Dünya

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.

TodayPress TV xəbər verir ki, təkrar seçkilərdə müstəqil, Avropa yönümlü namizəd, paytaxt Buxarestin meri Nikuşor Dan qalib gəlib.

O, ölkənin beşinci prezidenti olub.

Rumıniya Mərkəzi Seçki Bürosunun yaydığı məlumata görə, Nikuşor Dan 53,60% səslə rəqibini geridə qoyaraq prezident seçkilərində qələbə qazanıb. Onun əsas rəqibi millətçi “Rumıniyanın Birləşməsi Uğrunda Alyans” partiyasının lideri Corce Simion 46,40% səs toplayıb.

Xaricdə yaşayan rumınlar arasında isə Simion daha üstün olub: onun səsləri 55,86%-ə çatıb, Dan isə burada 44,14% səs toplayıb.

Seçkilərin ikinci turunda iştirak edən seçicilərin sayı 11,6 milyonu ötüb ki, bu da ümumi seçici sayının 64,72%-ni təşkil edir. Bu göstərici son 30 ildən artıq müddətdə qeydə alınan ən yüksək iştirak faizidir.

Nikuşor Dan verdiyi açıqlamada bildirib ki, mayın 19-dan etibarən yeni hökumətin formalaşdırılması üzrə danışıqlara başlayacaq.

Qeyd edək ki, bu prezident seçkiləri təkrar keçirilib. Plan üzrə seçkilər 2024-cü ilin noyabrında başlamışdı, lakin birinci turda millətçi namizəd Kalin Corcesku səs topladıqdan sonra Rumıniya Konstitusiya Məhkəməsi prosesi dayandırmaq qərarına gəlib.

Məhkəmənin qərarına səbəb kimi Corceskunun seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, seçki sistemində istifadə olunan rəqəmsal infrastrukturun haker hücumlarına məruz qalması və sübut edilməsə də, ehtimal olunan Rusiya müdaxiləsi göstərilmişdi.

Yaranan qalmaqala baxmayaraq, Rumıniya hökuməti Konstitusiya Məhkəməsinin qərarını qəbul edib və təkrar prezident seçkilərinin keçirilməsini 2025-ci il mayın 4-ü və 18-i tarixlərinə təyin edib.

Mayın 4-də keçirilən ilk turda Corce Simion 40,96%, Nikuşor Dan isə 20,99% səs toplayaraq ikinci tura keçmişdi.

İkinci tur səsvermə prosesi ciddi insident yaşanmadan başa çatıb. Lakin Rumıniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Tsernya bildirib ki, seçki zamanı Rusiya tərəfindən müdaxilə izlərinə rast gəlinib. Onun sözlərinə görə, “Telegram” platformasında yayılan saxta xəbərlərlə seçki prosesinə təsir göstərmək cəhdi olub.

“Telegram”ın yaradıcısı Pavel Durov isə açıqlayıb ki, Rumıniya seçkiləri ərəfəsində ölkədəki mühafizəkar kanalların bloklanması ilə bağlı müraciətlər olsa da, bu tələbləri yerinə yetirməyib. Məlumata görə, bu xahişi Fransa Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Nikola Lerner edib.

Səsvermədən sonra Simion və Corcesku jurnalistlərə açıqlama vermək istəsələr də, seçki məntəqəsindəki polis əməkdaşı onların ərazini tərk etməsini tələb edib.

Bu seçkilər Rumıniyanın daxili siyasi mənzərəsində mühüm dönüş nöqtəsi sayılır. Nikuşor Danın prezident seçilməsi ölkənin Avropa İttifaqına inteqrasiya və demokratiya kursunu davam etdirmək niyyətində olduğunu göstərir. Bununla belə, seçkilər zamanı səslənən müdaxilə və təxribat iddiaları da gələcəkdə Rumıniya üçün təhlükəsizlik məsələlərinin aktual olaraq qalacağını göstərir.

Töhfə Səməd


XƏBƏR LENTİ
05 IYUN 2026
5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Bütün Xəbərlər