Kiyevə zərbələr barədə gizli mesaj verilib? – Uşakovdan CAVAB

Kiyevə zərbələr barədə gizli mesaj verilib? – Uşakovdan CAVAB
28.05.2026 17:40 Dünya

Rusiya Prezidenti Vladimir Putinin adından ABŞ lideri Donald Trampa Kiyevdəki hərbi obyektlərə zərbələrlə bağlı heç bir mesaj ötürülməyib.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinq zamanı açıqlayıb.

“Xeyr, heç bir mesaj ötürülməyib”, – deyə Uşakov bildirib.

Mayın 25-də Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin Starobelskdəki kollecə zərbəsinə cavab olaraq Rusiya ordusu Kiyevdəki hərbi obyektlərə və qərar qəbuletmə mərkəzlərinə sistemli hücumlara başlayacaq.

Bunun fonunda Rusiya XİN Ukrayna paytaxtında olan xarici ölkə vətəndaşlarını, o cümlədən diplomatları şəhəri mümkün qədər tez tərk etməyə çağırıb. Yerli sakinlərə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq tövsiyə olunub.

Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubionu Kiyevdəki Ukrayna hərbi obyektlərinə hazırlanan zərbələr barədə məlumatlandırıb.

Rubio daha sonra bildirib ki, Rusiya tərəfi bütün səfirliklərə Kiyevdə vəziyyətin çox təhlükəli olacağı barədə xəbərdarlıq edib.

Qiymət Mahir

NEWS FEED
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 All News