İlon Mask ABŞ hökumətindən ayrılır: “Kölgə vitse-prezident”in missiyası başa çatır

İlon Mask ABŞ hökumətindən ayrılır: “Kölgə vitse-prezident”in missiyası başa çatır
30.05.2025 11:23 Dünya

ABŞ prezidenti Donald Trampın “sağ əli” və indiki administrasiyanın qeyri-rəsmi “kölgə vitse-prezidenti” kimi tanınan İlon Mask dövlət qulluğundakı fəaliyyətinə son qoyur.

TodayPress TV xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkəsi "X" vasitəsilə məlumat verib.

Mask qeyd edib ki, “ona ayrılan xüsusi dövlət qulluqçusu vəzifəsindəki vaxt sona çatır” və göstərilən etimada görə təşəkkürünü bildirib. O əlavə edib ki, rəhbərlik etdiyi DOGE departamentinin missiyası gələcəkdə daha da möhkəmlənəcək və bütün dövlət aparatının həyat tərzinə çevriləcək.

Bürokratiyanı “təmizləmək” üçün yaradılan qurum

Dövlət Effektivliyi Departamenti (DOGE) – Tramp administrasiyası tərəfindən federal hökumətin xərclərini azaltmaq və Vaşinqtondakı bürokratiyanı aradan qaldırmaq məqsədilə yaradılmış xüsusi qurumdur. Bu struktur rəsmi federal orqan olmasa da, fövqəladə komissiya funksiyası daşıyırdı və əsasən Trampın idarəetmədə apardığı “yenidənqurma” siyasətinə xidmət edirdi. Departamentin yaradılması və rəhbərliyi şəxsən Maskın üzərinə düşmüşdü.

Yaxınlıq kömək etmədi

Mask prezidentlə şəxsi yaxınlığı ilə fəxr edirdi. O, Trampın Floridadakı iqamətgahı Mar-a-Laqoda tez-tez qalır, əsas danışıqlarda iştirak edir, ailə fotolarında da yer alırdı. Lakin mediaya sızan məlumatlara görə, administrasiya daxilində onun bu qədər diqqət çəkməsi narazılıqla qarşılanırdı.

Büdcə hədəfləri dəyişdi

DOGE qurumu dövlət sifarişi qazanmaqda çətinlik çəkdi. "Associated Press"in məlumatına görə, Mask əvvəlcə büdcə xərclərinin 2 trilyon dollar azaldılmasını hədəfləyirdisə, sonradan bu rəqəmi 1 trilyona, sonra isə cəmi 150 milyard dollara endirib. O, tez-tez qoyulan hədəflərə qarşı dövlət müqavimətindən narazılığını bildirirdi.

Böyük biznes və böhranlar

Mask dünyanın ən varlı insanlarından biri hesab olunur və onun imperiyası "Tesla", "SpaceX", "X", "OpenAI" kimi nəhəngləri əhatə edir. Lakin biznes sahəsində də çətinliklər artır. "Tesla"nın satışları və səhm qiymətləri aşağı düşüb. "SpaceX"in Marsa uçuş məqsədilə hazırladığı "Starship" gəmisi artıq üçüncü dəfə ardıcıl uğursuzluğa düçar olub. Britaniyanın Trampa qarşı mövqeyi ilə tanınan "The Economist" bu barədə sarkazmlı başlıqla yazıb: “İlon Maskın Mars planları suya düşdü”.

Komandada parçalanma başlayır?

Maskın gedişi Tramp komandasının gələcəyi ilə bağlı suallar doğurur. Trampın öz obrazına uyğun olaraq yığdığı bu komanda əvvəldən qeyri-homogen sayılırdı və bir çox ekspert onun tezliklə dağılacağını proqnozlaşdırırdı. Maskdan əvvəl Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Uolts da administrasiyanı tərk etmişdi.

Məsləhətçi kimi qalacaq

"Axios" portalının məlumatına görə, Mask Trampın “ən nüfuzlu qeyri-rəsmi məsləhətçilərindən biri” olaraq qalacaq. Lakin onun rəsmi çevrədən uzaqlaşmasının Ağ Evin böyük texnoloji bizneslə, xüsusilə Silikon Vadisi ilə münasibətlərinə necə təsir edəcəyi hələ məlum deyil.

Xatırladaq ki, Cənubi Afrika Respublikasında doğulan və sonradan ABŞ vətəndaşlığı almış Mask Konstitusiyaya görə, prezidentliyə namizəd ola bilməz.

Hüquqi məqamlar

"Politico" nəşri yazır ki, Maskın “xüsusi dövlət qulluqçusu” statusu ABŞ qanunvericiliyinə əsasən, maksimum 130 gün davam edə bilər. Trampın inauqurasiyasından bəri Mask hər gün bu statusda çalışdığı təqdirdə, 30 may tarixində bu limitə çatacaq. Nəşrin DOGE-yə müraciətinə isə cavab verilməyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
05 IYUN 2026
ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 Bütün Xəbərlər