Hollivud ulduzunun əşyaları hərraca çıxarılacaq - FOTO

Hollivud ulduzunun əşyaları hərraca çıxarılacaq - FOTO
08.05.2026 06:00 Dünya

Hollivud ulduzu Metyu Perrinin xatirə əşyaları "Heritage Auctions" hərrac meydançasında iyunun 5-də satışa çıxarılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Lotlar arasında "Dostlar" (Friends) serialının pilot bölümünün ssenarisi də var. Maraqlıdır ki, həmin dövrdə məşhur sitkom hələ "Six of One" işçi adını daşıyırdı. Satışa çıxarılan ssenari nüsxəsində bütün aktyor heyətinin imzası mövcuddur.

Hərracdan əldə olunan vəsait aktyorun vəfatından sonra yaradılan Metyu Perri Fonduna köçürüləcək. Fond asılılıqdan əziyyət çəkən şəxslərə mənfi münasibətin yaranmasına qarşı mübarizə aparmaq və onlara dəstək olmaq məqsədilə fəaliyyət göstərir.

Əfsanəvi ssenari ilə yanaşı, hərraca sifarişlə hazırlanmış "Betmen" üslublu pinq-ponq masası, həmçinin Monika və Reyçelin mənzilindəki məşhur qapı gözünün surəti də çıxarılacaq.

Nəşrin məlumatına görə, ssenarinin başlanğıc qiyməti 500 dollar təşkil edir.

Xatırladaq ki, "Dostlar" serialının ulduzu Metyu Perri 2023-cü il oktyabrın sonunda 54 yaşında vəfat edib. O, Los-Ancelesdəki evində ölü tapılıb. Həmin ilin dekabrında "The New York Times" qəzeti aktyorun ölüm səbəbinin ketamin adlı narkotik maddənin kəskin təsiri olduğunu yazmışdı.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 All News