Aİ “Qələbə” blokuna qarşı sanksiyalar tətbiq etdi: Moldova müxalifəti etiraz edir
Dünya
17.07.2025 13:44
Avropa İttifaqı (Aİ) Moldova prezidenti Maya Sandu və onun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PDS) tələbi ilə müxalif “Qələbə” blokunun təmsilçilərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə blokun nümayəndələri məlumat yayıb.
Bəyanatda bildirilib ki, Brüssel “Qələbə” blokunu da əhatə edən üç təşkilatı və yeddi fiziki şəxsi Moldova Respublikasında sabitliyi pozmaqda ittiham edərək sanksiya siyahısına salıb.
“Qələbə” bloku yayımladığı açıqlamada bu qərarı qınayıb:
“Aİ-nin blokumuza və onu təşkil edən partiyaların liderlərinə qarşı siyasi motivli sanksiyaları parlament seçkiləri ərəfəsində Maya Sandu və PDS-in birbaşa sifarişi ilə qəbul edilib. Bu, ölkənin zorla "avropalaşdırılması"nı tənqid edən müxalifətə qarşı açıq xarici müdaxilə və seçki prosesinə təzyiqdir”.
Qeyd edək ki, konstitusiyaya əsasən, Moldovada prezidentin səlahiyyətləri məhduddur, real icra hakimiyyəti parlamentdə çoxluq tərəfindən formalaşdırılan hökumətə məxsusdur.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Moldova ,Maya Sandu,Qələbə,Sanksiya,Todaypress.tv,