Ermənistan Azərbaycana tranzit məhdudiyyətlərini aradan qaldırır

Ermənistan Azərbaycana tranzit məhdudiyyətlərini aradan qaldırır
27.10.2025 11:35 Dünya

Ermənistan Azərbaycana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır.

TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin maliyyə, kredit və büdcə məsələləri komitəsində 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana qarşı analoji məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatına cavab olaraq qəbul edilir.

"Bu, Ermənistana qarşı blokadanın aradan qaldırılmasında ilk mərhələdir, lakin bizim qarşılıqlı addımlar atmağımız vacibdir. Bu gündən etibarən yük maşınlarının Marqara-Yeqnadzor-Sisian-Qoris yolu ilə Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırıq", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, İrəvan hələlik bu marşrutla məhdudlaşacaq, çünki oradakı yollar və keçid məntəqələri (o cümlədən Kornidzordakı keçid məntəqəsi) adekvat standartdadır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 Bütün Xəbərlər