Xocavənd rayonunda bağçılıq təsərrüfatına baxış keçirildi
Qərargah üzvləri rayonda yerləşən "İmperium Agro MMC" bağçılıq təsərrüfatı ilə tanış olublar.
TodayPress TV xəbər verir ki, Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Xocavənd rayonunda bağçılıq təsərrüfatına baxışı keçirilib.
Qeyd edək ki, bu gün Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində növbəti iclas keçirilib.