Qanunvericilikdən "arvad" sözünün çıxarılması təklif edildi

Qanunvericilikdən "arvad" sözünün çıxarılması təklif edildi
26.05.2026 12:50 Daxili siyasət

Azərbaycan qanunvericiliyindən "arvad" sözünün çıxarılması təklif olunur.

TodayPress TV xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı səsləndirib.


O bildirib ki, biz qanunvericilikdə qadını hələ də "arvad" adlandırırıq:

"Ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar".

Deputat əlavə edib ki, gender məsələlərindən danışarkən xüsusilə ehtiyatlı davranmalıyıq:

"Azərbaycan cəmiyyətində kişi və qadın institutları tam mənada oturuşub, "həyat yoldaşı" anlayışı formatında həm kişinin, həm qadının ailədə rolu çox aydın formada müəyyən edilib. Bizim bütün fəaliyyətimiz özünü doğrultmuş milli ailə institutunun qorunmasına yönəlməlidir və Azərbaycanın ailə dəyərlərini əlahiddə "kişiləşmiş qadın" obrazı, yaxud milli kimlikdən tam mənada uzaq salınmış "kişi" obrazı ilə zənginləşdirməyə ehtiyac yoxdur. Biz məsələyə reallıq pəncərəsindən baxmalıyıq. Çünki, bu gün Qərbin bəzi dairələri, onların diktəsi ilə hərəkət edən beynəlxalq şəbəkələr və daxildəki marginal, populist ünsürlər "gender bərabərliyi" şüarı altında bizim milli-mənəvi dəyərlərimizə, ailə institutumuza qarşı mənəvi terror həyata keçirməkdədirlər. Bu gün, çox təəssüflər olsun ki, bərabərlik adı altında bizim cəmiyyətə yad, əxlaqi aşınmaya xidmət edən ssenariləri sırımaqdadırlar. Amma baxın, qadının üstünlüyündən danışanlar, özlərinə sərf etməyəndə, heç gözlərini də qırpmadan hər hansı bir qadını sosial media qaragüruhunun linç obyektinə çevirə bilirlər. Bu mənada, hansısa konvensiyanın, hesabatın, hansısa ideologiyanın yanaşması bizim üçün etalon ola bilməz. Ümumiyyətlə, Azərbaycan qadın-gender siyasətində heç bir xüsusi kənar təcrübəyə istinada ehtiyac duymur".

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 All News