Qatarlar Xankəndiyə nə vaxt gedəcək? - ADY sədri tarix açıqladı

Qatarlar Xankəndiyə nə vaxt gedəcək? - ADY sədri tarix açıqladı
08.05.2026 23:20 Cəmiyyət

"Bu ilin sonuna qədər Ağdam-Xankəndi dəmir yolu xəttinin tamamlanması işləri nəzərdə tutulub. Bu, Bakı-Ağdam qatarının Bakı-Xankəndi qatarı ilə əvəzlənməsinə imkan verəcək".

TodayPress TV xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a açıqlamasında deyib.

"Burada bir məqamı diqqətə çatdırmaq istərdim ki, Bakıdan Ağdama qədər olan qatar reysini 32 kilometrlik Yevlax-Bərdə sahəsində 1960-cı illərin yolundan istifadə etməklə həyata keçiririk. Bu isə həm təhlükəsizlik, həm də komfort baxımından geri qalır. Ona görə artıq Yevlaxdan Bərdəyə qədər olan yolun tam müasirləşdirilməsinə başlayırıq ki, Ağdam-Xankəndi yolu hazır olduğu təqdirdə biz Bakıdan Xankəndiyə qədər sərnişinlərimizi daha rahat və təhlükəsiz şəkildə çatdıra bilək. Ona görə də bu aydan etibarən Bakı-Ağdam qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. İnfrastruktur quruculuğundan sonra yolun tam təhlükəsiz şəkildə istismara verilməsi nəzərdə tutulub.

Bundan əlavə, şimal istiqamətində elektrik və işarəvermə işləri bitdikdən sonra sərnişindaşıma coğrafiyamızın regionlararası istiqamətdə daha da genişləndirilməsi üçün gündəlik qatar marşrutunun açılması, eləcə də Bakı-Xankəndi gündəlik qatar marşrutunun istifadəyə verilməsi və digər regionlar istiqamətində qatarların coğrafiyasının genişləndirilməsi, qatarların sayının artırılması nəzərdə tutulub", - deyə Rövşən Rüstəmov vurğulayıb.

TodayPress TV 

NEWS FEED
31 MAY 2026
Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 All News