MÇK-da yanvar çağırışının gedişatı müzakirə olundu

MÇK-da yanvar çağırışının gedişatı müzakirə olundu
29.01.2026 11:57 Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Dövlət Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.

Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 16 dövlət qurumu təmsil olunur.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

TodayPress TV

PHOTOS

MÇK-da yanvar çağırışının gedişatı müzakirə olundu — 1
MÇK-da yanvar çağırışının gedişatı müzakirə olundu — 2
MÇK-da yanvar çağırışının gedişatı müzakirə olundu — 3
MÇK-da yanvar çağırışının gedişatı müzakirə olundu — 4
MÇK-da yanvar çağırışının gedişatı müzakirə olundu — 5
MÇK-da yanvar çağırışının gedişatı müzakirə olundu — 6
MÇK-da yanvar çağırışının gedişatı müzakirə olundu — 7
NEWS FEED
01 JUNE 2026
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 All News