"Hazırda vətəndaşlarımız ..." Tbilisiyə gedən qatarla bağlı açıqlama

"Hazırda vətəndaşlarımız ..." Tbilisiyə gedən qatarla bağlı açıqlama
19.05.2026 14:04 Cəmiyyət

"Bakı-Tbilisi-Bakı sərnişin qatarının istifadəyə verilməsi turizm aktivliyinin artmasına səbəb olacaq". 

Bunu turizm eksperti Ceyhun Aşurov TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, Gürcüstan qonşu ölkədir və yaxın məsafədə yerləşir:

"Hazırda vətəndaşlarımız, eləcə də Gürcüstandan Azərbaycana gəlmək istəyən turistlər mütləq hava nəqliyyatından istifadə etməyə məcburdurlar. Etiraf etmək lazımdır ki, məsafə yaxın olmasına baxmayaraq, tələbata görə Azərbaycan-Gürcüstan və Gürcüstan-Azərbaycan aviareyslərinin qiymətləri kifayət qədər yüksəkdir".

Ekspert bildirib ki, bu baxımdan, qatarın istifadəyə verilməsi və dəmir yolu nəqliyyatı vasitəsilə Gürcüstana gediş-dönüş imkanının yaranması, təyyarə biletləri ilə müqayisədə daha ucuz olacaq:

"Bu isə həm iki ölkə arasında turist axınının artmasına, həm Gürcüstandan Azərbaycana, həm də Azərbaycandan Gürcüstana səfərlərin çoxalmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, Gürcüstan vətəndaşlarının və digər xarici turistlərin də dəmir yolu vasitəsilə Azərbaycana gəlməsi, eləcə də Azərbaycanın Gürcüstan üzərindən digər ölkələrə tranzit kimi çıxış imkanlarının genişlənməsi baxımından da müsbət nəticələr verə bilər".

Qeyd edək ki, 6 illik fasilədən sonra 26 may tarixindən etibarən Bakı-Tbilisi qatarı gündəlik xidmətini bərpa edəcək.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 All News