Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik

Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik
15.06.2026 16:35 Xarici siyasət

Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək.

TodayPress TV Report-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib.

"Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Biz ümid edirik ki, o, yaxın gələcəkdə Almaniyaya səfər edəcək. Hələlik konkret tarix yoxdur, lakin biz onu elə bu il rəsmi səfərlə qəbul etməyi gözləyirik", - o bildirib.

O, həmçinin vurğulayıb ki, cari ildə iki ölkə arasında illik siyasi məsləhətləşmələr artıq baş tutub. Səfirin sözlərinə görə, 2027-ci ildə siyasi məsləhətləşmələrlə yanaşı, Azərbaycan və Almaniyanın ticarət və investisiyalar üzrə yüksək səviyyəli işçi qrupu öz işini davam etdirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər