Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəldi
Xarici siyasət
09.07.2025 14:54
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
TodayPress TV xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar.
tag: Prezident,İlham Əliyev,BƏƏ,Səfər,Todaypress.tv,




