Ceyhun Bayramov Özbəkistan xarici işlər nazirinin müavini ilə görüşdü

Xarici siyasət

30.06.2025 17:03

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər nazirinin müavini Bobur Usmanovu qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirirlib ki, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn planlar və birgə layihələr, ikitərəfli ali səviyyədə planlaşdırılan səfərlərə hazırlıq, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, ölkəmizdə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə olunub.

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli təmaslar, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

tag: Ceyhun Bayramov,XİN,Özbəkistan,Görüş,Todaypress.tv,

photo
photo