Prezident Filippinli həmkarını təbrik etdi

Prezident Filippinli həmkarını təbrik etdi
12.06.2026 11:13 Xarici siyasət

Prezident İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosu təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə, möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər