Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular

Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular
23.06.2026 13:54 Xarici siyasət

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

TodayPress TV xəbər verir ki, “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.

Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır.

Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsi ilə ziyarətçilərə çatdırılır.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “İz” filmi də nümayiş olunur.

TodayPress TV

FOTOLAR

Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular — 1
Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular — 2
Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular — 3
Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular — 4
XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər