“BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi

“BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi
17.06.2026 11:15 Xarici siyasət

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı Səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə Şeyx Zayed adına Ərəb dili Auditoriyasında “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə Səfirlikdən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Şeyx Zayed adına Ərəb dili Auditoriyasının direktoru Ülviyyə Hüseynova qonaqları salamlayaraq, mərkəzin iki ölkə arasındakı mədəni-humanitar əlaqələrin inkişafındakı rolunu qeyd edib.

Daha sonra çıxış edən Səfirliyin birinci katibi Dr. Bədriyyə Əlşihhi BƏƏ rəhbərliyinin humanitar fəaliyyəti milli məsuliyyət kimi gördüyünü bildirib. Diplomat vurğulayıb ki, Dövlət Başçısı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın göstərişləri sayəsində BƏƏ qlobal yoxsulluğun azaldılmasında və sülhün bərqərar olunmasında donor ölkə kimi ön sıralardadır. O, BƏƏ-nin dünyada tolerantlıq paytaxtına çevrildiyini və ölkədən dünyaya sülh missiyalarının yayıldığını diqqətə çatdırıb. Tədbirin davamında ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova çıxış edərək rəsmi tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Prorektor tolerantlıq və multikulturalizmin həm Azərbaycan, həm də BƏƏ üçün ortaq təməl prinsip olduğunu və bu cür platformaların tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rəsmi hissənin sonunda BƏƏ Tolerantlıq və Birgəyaşayış nazirinin müşaviri Raşid Əl Nəimi dövlət siyasətində dözümlülük və sülh mədəniyyətinin əhəmiyyətini vurğulayıb.

Mövzu ətrafında keçirilən panel müzakirələrdə aşağıdakı şəxslər iştirak ediblər:

1. Bədriyyə Əlşihhi – BƏƏ Səfirliyinin birinci katibi;

2. İbrahim Kazımbəyli – ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor;

3. Rəvan Həsənov – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru.

4. Raşid Əl Nəimi - BƏƏ Tolerantlıq və Birgəyaşayış nazirinin müşaviri.

Sonda fəal iştirakçılara təşəkkürnamələr təqdim olunub.

TodayPress TV

FOTOLAR

“BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi — 1
“BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi — 2
XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər