BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

Xarici siyasət

16.09.2025 17:41

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

TodayPress TV xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı yola saldı.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,BƏƏ,Görüş,Todaypress.tv,

photo
photo
photo