Qaraçay-Çərkəz Respublikasının başçısı Prezident İlham Əliyevi təbrik etdi

Xarici siyasət

27.05.2025 17:18

2

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Prezident İlham Əliyevi təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycanın bütün sakinlərini səmimi-qəlbdən təbrik edirəm.

Tarixi irsə və zəngin mədəni ənənələrə malik olan Azərbaycan bu gün dinamik inkişaf edən dövlətlər sırasında haqlı olaraq layiqli yer tutur.

Sizin müdrik rəhbərliyinizlə ölkə iqtisadiyyatdan tutmuş beynəlxalq mədəni əməkdaşlığa qədər bütün sahələrdə mühüm uğurlar əldə edib.

Azərbaycanın əsas qürur mənbəyi onun istedadlı, zəhmətkeş və qonaqpərvər xalqıdır.

Məhz bu keyfiyyətlərin sayəsində respublika gələcəyə inamla addımlayarkən, eyni zamanda, özünəməxsus kimliyini qoruyub saxlayır.

Biz Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərkib hissəsi olan Qaraçay-Çərkəz Respublikası arasında inkişaf etmiş dostluq münasibətlərini və səmərəli əməkdaşlığı yüksək qiymətləndiririk.

Əminəm ki, respublikaların sakinlərinin rifahı naminə əlaqələrimiz bundan sonra da möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

tag: Prezident,İlham Əliyev,Qaraçay,Çərkəz,Təbrik,Todaypress.tv,