Baş nazirə "Bright Uzbekistan" layihəsi təqdim olunub
Baş nazir Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan "Bright Uzbekistan" jurnalının xüsusi buraxılışı təqdim edilib.
Bu barədə TodayPress TV-yə Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, jurnalın Azərbaycanla bağlı nəşr edilən 3-cü və 4-cü xüsusi buraxılışları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinə və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlara həsr olunub.