Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq müzakirə edildi
Xarici siyasət
16.05.2025 18:12
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Qazaxıstan Respublikası Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə görüş keçirib.
Bu barədə TodayPress TV Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatlarda Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının aktual məsələlərini müzakirə edib, həmçinin onun gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardılar.
“Həmçinin iki ölkə arasında çoxtərəfli formatlar, o cümlədən regionda əməkdaşlığın gücləndirilməsi üçün birgə yanaşmaların formalaşdırılması üçün effektiv platforma olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.
tag: Azərbaycan,Qazaxıstan,Görüş,Müzakirə,Todaypress.tv,