Bakıda BMMT-nin Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başladı
Xarici siyasət
10.07.2025 11:35
İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tədbirdə iştirak edib.
Açılış mərasimində Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətini oxudu.
tag: Bakı,BMMT,Sessiya,Tədbir,Todaypress.tv,

