Bakıda Belçikanın Milli Günü qeyd olundu
Xarici siyasət
13.11.2025 23:00
Bakıda Belçika Krallığının Milli Günü qeyd edilib.
TodayPress TV xəbər verir ki, Milli Günlə bağlı keçirilən tədbirdə Belçika Krallığının fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Səfir Belçika ilə Azərbaycan, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Diplomat İranla İsrail arasında 12 günlük müharibə vaxtı Tehranda olan Belçika diplomatlarının, o cümlədən Belçika səfirinin Azərbaycan üzərindən təxliyəsinə görə rəsmi Bakıya xüsusi təşəkkür edib.
Səfir Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin paraflanmasından ötrü atdığı cəsarətli addımlara görə Azərbaycanı təbrik edib.
Sonda qonaqların şərəfinə ziyafət verilib.
tag: Bakı, Belçika, Milli Günü,Frepon, todaypress.tv,
