Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verildi

Xarici siyasət

26.05.2025 15:10

4

Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib. 

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.  Qeyd olunub ki, mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatətini Azərbaycan Baş Prokurorluğu təmin edib. 

Bu ilin fevral ayında Azərbaycanda müəyyən edilərək həbs edilən İrakli Berdzenadze Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.

tag: Azərbaycan,Gürcüstan,Vətəndaş,Təhvil,Todaypress.tv,